Şou biznes

Tanınmış türkiyəli aktyor əməliyyat olundu

06 Dec 2025, 00:00 1 baxış
Tanınmış türkiyəli aktyor əməliyyat olundu
Türkiyənin məşhur kino və teatr aktyoru Halil Ergün ürək problemi səbəbindən əməliyyat keçirib. Oxu.Az "HaberTürk"ə istinadən xəbər verir ki, 79 yaşlı məşhur aktyor özəl xəstəxanada müayinə edilib və ürəyinə stent yerləşdirilib. Məlumata görə, müayinə zamanı həkimlər aktyorun ürəyinin əsas arteriyasının ciddi şəkildə daraldığını aşkar ediblər. Uğurlu əməliyyatdan sonra Ergün bir gecə xəstəxanada qalacaq. Həkimlər prosedurun problemsiz keçdiyini və Halil Ergünün ümumi sağlamlığının yaxşı olduğunu vurğulayıblar.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər