Şou biznes
Türkiyədə tanınmış televiziya aparıcıları saxlanıldılar
Türkiyədə tanınmış televiziya aparıcıları Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu jandarma qrupları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıblar. Bu barədə Oxu.Az "Sabah" qəzetinə istinadən xəbər verir. Məlumata görə, teleaparıcılar İstanbulda həyata keçirilən narkotik əməliyyatı çərçivəsində nəzarət altına alınıblar. İstintaqın detalları ilə bağlı hələlik açıqlama verilmir. Əməliyyat çərçivəsində digər tanınmış simaların da saxlanıldığı qeyd edilir.
Mənbə
oxu.az