Cəmiyyət

Ruslan Ənvərliyə vəzifə verildi

26 Nov 2026, 19:12 1 baxış
Ruslan Ənvərliyə vəzifə verildi
Kənd Təsərrüfatı Nazirliyində kadr təyinatı olub. Oxu.Az xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli Vətəndaş müraciətləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli 2003-2008-ci illərdə Qafqaz Universitetində Menecment ixtisası üzrə bakalavr, 2023-2025-ci illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA) Dövlət idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb. Bu təyinata qədər isə o, müxtəlif dövlət və özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər