İqtisadiyyat

AZAL ötən il 1 milyard manatdan çox gəlir əldə etdi

26 Nov 2026, 19:31 1 baxış
AZAL ötən il 1 milyard manatdan çox gəlir əldə etdi

2025-ci ildə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ümumi gəlirləri 1 milyard 245,9 milyon manat təşkil edib.


Axar.az xəbər verir ki, bu barədə avaşirkətin 2025-ci il üzrə Dayanıqlılıq hesabatında bildirilir.


Hesabata əsasən, 2024-cü illə müqayisədə AZAL-ın gəlirləri 3,7 % artıb. Həmin il aviaşirkət 1 milyard 201,2 milyon manat gəlir əldə edib.


Ötən ilin yekununda AZAL-ın cəmi aktivləri 1 milyard 949,5 milyon manata çatıb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 % artım deməkdir.


Eyni zamanda, AZAL-ın kapitallaşması 2024-cü ildəki 396,9 milyon manatdan 2025-ci ildə 594,2 milyon manata yüksəlib.


Hesabat dövründə işçilərin əməkhaqqı və müavinətləri üzrə xərclər isə 2024-cü ildəki 110,7 milyon manatdan 2025-ci ildə 132,5 milyon manata çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər