Digər

Qızıl yenə ucuzlaşdı

25 Nov 2026, 17:32 1 baxış
Qızıl yenə ucuzlaşdı
Ötən ilin avqustun 29-dan etibarən ilk dəfə "Comex" birjasında 2026-cı ilin dekabr ayında tədarük ediləcək qızıl füçersinin dəyəri bir trua unsiyası üçün 3 500 dollardan aşağı həddə enib. Oxu.Az xəbər verir ki, bu barədə ticarət platformasının açıqladığı göstəricilərdə qeyd olunub. Bakı vaxtı ilə saat 15:58-ə olan məlumata əsasən, qiymətli metalın dəyəri 2.01% azalaraq bir unsiya üçün 3490.4 dollara bərabər olub. Saat 16:03-ə qədər isə füçersin qiymətindəki geriləmə yavaşlayıb və bir trua unsiyası 3493.9 dollar (-1.91%) səviyyəsində qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər