Cəmiyyət

Zaqatalada axtarılan şəxslə bağlı təfərrüat məlum olub - Foto/Video

25 Nov 2026, 17:34 1 baxış
Zaqatalada axtarılan şəxslə bağlı təfərrüat məlum olub - Foto/Video
Zaqatalada axtarılan 80 yaşlı Xəlil Mustafayevin oktyabrın 13-də itkin düşdüyü məlum olub. Oxu.Az xəbər verir ki, X.Mustafayev həmin gün günorta saatlarında yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, onun əlində çomaq olub və sonuncu dəfə "Mozaika" adlanan ərazidə görünüb.
Qeyd edək ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 80 yaşlı Xəlil Mustafa oğlu Mustafayevin axtarışlarına cəlb olunub. Əməliyyata xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib. Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarışlar davam etdirilir. İqbal Ziya Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Xəlil Mustafa oğlu Mustafayevin axtarışlarına cəlb olunublar. Əməliyyata xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib. Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.
{{gallery}}
Zaqatalada axtarılan şəxslə bağlı təfərrüat məlum olub - Foto/Video Zaqatalada axtarılan şəxslə bağlı təfərrüat məlum olub - Foto/Video Zaqatalada axtarılan şəxslə bağlı təfərrüat məlum olub - Foto/Video Zaqatalada axtarılan şəxslə bağlı təfərrüat məlum olub - Foto/Video Zaqatalada axtarılan şəxslə bağlı təfərrüat məlum olub - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər