Siyasət
Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir
Rusiyada dövlət qulluğunda çalışanlara “xüsusi hərbi əməliyyat”a yardım etməsi üçün tələb qoyulub.
Bu barədə Axar.az-a Rusiyada yaşayan soydaşlarımızdan biri məlumat verib.
Bildirilib ki, dövlət qurumlarında çalışanlardan hər ay maaşının müəyyən hissəsindən “cəbhəyə yardım” ayırması tələb edilir. “Yardım” işçinin statusundan asılı olaraq maaşının 10-40 faizi həcmində olur.
Mənbənin sözlərinə görə, “könüllü yardım” adı ilə bu vəsaitlərin toplanması müharibənin Rusiya iqtisadiyyatına və büdcəsinə necə ağır zərbə vurduğunu nümayiş etdirir.
Mənbə
axar.az