Azərbaycanlı və erməninin bu görüntüsü müzakirələrə səbəb oldu
Rusiyada yaşayan azərbaycanlı Şamil Həsənov və erməni David Aleksanyanın dostluğu sosial şəbəkələrdə maraq doğurub.
Axar.az xəbər verir ki, eyni klinikada çalışan iki həkim müxtəlif vaxtlarda birgə foto və videolarını paylaşaraq izləyicilərin diqqətini çəkirlər. Onların münasibəti bəzən tənqid və qınaqla qarşılaşsa da, bu, dostluqlarına mane olmur.
Birgə paylaşımlarında Azərbaycan və Ermənistan xalqları arasında mübahisə mövzusu olan məsələlərə də yumorla yanaşırlar. Məsələn, dolmanın hansı xalqa məxsus olması ilə bağlı zarafatlaşırlar.
Həkimlərin əsas arzusu isə iki xalq arasında münasibətlərin normallaşması, gələcəkdə fikir ayrılıqlarının yalnız dolma kimi mövzular ətrafında olmasıdır.
Onların dostluğu sülhün yalnız siyasi razılaşmalarla deyil, insanlar arasında qarşılıqlı hörmət və ünsiyyətlə də möhkəmlənməsinin mümkünlüyünü göstərən nümunələrdən biridir.
Ətraflı İTV-nin süjetində: