Misir və Fransa birgə təlimlərə başlayır
Misir və Fransa Aralıq dənizində “Kleopatra 2026” adlı birgə hərbi-dəniz təliminə başlayıb.
Axa.az xəbər verir ki, Misir Silahlı Qüvvələrinin yaydığı məlumata görə, bir neçə gün davam edəcək manevrlər Misirin ərazi sularında, Şimal Donanmasının məsuliyyət zonasında keçirilir.
Təlimdə iki ölkənin bir sıra hərbi-dəniz qüvvələri iştirak edir. Manevrlərin əsas məqsədi dəniz təhdidlərinə və pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarını gücləndirmək, əməliyyat koordinasiyasını təkmilləşdirmək və hərbi təcrübə mübadiləsini genişləndirməkdir.
İlk mərhələdə iştirakçı qüvvələr arasında nəzəri və praktiki məşğələlər keçirilib. Təlim proqramına birgə dəniz əməliyyatlarının planlaşdırılması və həyata keçirilməsi, müxtəlif dəniz və hava təhdidlərinə qarşı fəaliyyət daxildir.