Digər

Paşinyan əsəbiləşdi: Sən oğrusan, Qriqoryanın nökərisən

18 Nov 2026, 20:21 6 baxış
Paşinyan əsəbiləşdi: Sən oğrusan, Qriqoryanın nökərisən

Konstitusiya daxili gündəmdir, lakin istənilən ölkənin Konstitusiyası həm də ölkəni mövqeləndirir.


Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də parlamentdə hökumətlə sual-cavab sessiyası zamanı Qarabağ məsələsi də daxil olmaqla, siyasi mövqeyini bir neçə dəfə dəyişdirdiyinə dair suala cavab olaraq bildirib.


Paşinyan mövcud Konstitusiyanın münaqişənin məntiqinə xidmət etdiyini və legitimlik problemi olduğunu bir daha vurğulayıb:


“Mən çox şey demişəm, buna inanmışam və ona əməl etmişəm, o cümlədən 2020-ci ildə və ondan əvvəl, o cümlədən Qarabağ üçün heç nəyimizi əsirgəmədiyimiz də daxil olmaqla. Amma mən Qarabağ hərəkatından İrəvanın mərkəzində tikinti aparmaq və ya milyonçu olmaq üçün istifadə etməmişəm”.


Bundan sonra Paşinyan “Ermənistan” fraksiyasından olan deputat Mesrop Manukyanı oğurluqda ittiham edib:


“Mən əsgərin çörəyini oğurlayıb general Manvelin ayılarına verməmişəm. Sən tam oğrusan, ayı qaşıyansan, daha betərsən. Mesrop Manukyanın Manvel Qriqoryanın nökəri olması sirdirmi? Korrupsiyadan danışanda özünə bax”.


Paşinyan bildirib ki, əgər Ermənistanda demokratiya olmasaydı, sizin burada nə işiniz olardı?

Mənbə axar.az

Oxşar Xəbərlər