İdman
Almaniya Niderlandı darmadağın etdi: Millətlər Liqasında gecənin nəticələri - Video
UEFA Millətlər Liqasının qrup mərhələsində 10 qarşılaşma keçirilib. Oxu.Az xəbər verir ki, VI turun mərkəzi görüşü Almaniya və Niderland milliləri arasında baş tutub. Berlindəki "Olimpiyaştadion"da keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Almaniya millisi ilk hissənin sonlarına yaxın hesabı açıb. Görüşün 41-ci dəqiqəsində komandanın kapitanı Coşua Kimmixin ötürməsindən sonra Derri Şerhant fərqlənib - 1:0. 60-cı dəqiqədə Florian Virts Almaniyanın üstünlüyünü iki topa çatdırıb. Beş dəqiqə sonra əvəzetmədən meydana çıxan Brayyan Qruda Niklas Şlotterbekə məhsuldar ötürmə edib və müdafiəçi hesabı 3:0-a çatdırıb. 71-ci dəqiqədə Virts Qrudanın ötürməsini qolla tamamlayaraq dubl edib - 4:0. 77-ci dəqiqədə isə Qruda özü fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib - 5:0. Bu qələbədən sonra Almaniya millisi 11 xalla II qrupda birinci yeri tutub. Niderland və Yunanıstan da eyni xala malik olsalar da, top fərqinə görə müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: A Liqası, II qrup Yunanıstan - Serbiya - 1:0. B Liqası, I qrup Şimali Makedoniya - Sloveniya - 0:3; İsveçrə - Şotlandiya - 4:0. C Liqası, III qrup Farer adaları - Moldova - 1:0; Qazaxıstan - Slovakiya - 2:2. IV qrup Estoniya - Bolqarıstan - 2:1; İslandiya - Lüksemburq - 3:0. D Liqası, I qrup Cəbəllüttariq - Malta - 1:1. II qrup Litva - Lixtenşteyn - 2:1.

Mənbə
oxu.az