Cəmiyyət
Yardımlıda qaz olmayacaq
Noyabrın 17-də Yardımlı rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Aşkar edilmiş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yardımlı rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mənbə
oxu.az