Cəmiyyət

Şagirdləri ilə birgə ağır qəzada həlak olan müəllim sertifikasiya imtahanından yüksək bal toplayıbmış

15 Nov 2026, 21:12 1 baxış
Şagirdləri ilə birgə ağır qəzada həlak olan müəllim sertifikasiya imtahanından yüksək bal toplayıbmış
Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində şagirdləri ilə birgə həlak olan müəllim Seymur İsmayılovla bağlı yeni detal üzə çıxıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, mərhum müəllim 2024-cü ildə keçirilən müəllimlərin sertifikasiya imtahanında 53 bal toplayaraq yüksək nəticə göstərib. Qeyd edək ki, S.İsmayılov Füzuli rayonunun Mirzə Uluqbəy adına tam orta məktəbin riyaziyyat müəllimi idi. Xatırladaq ki, dəhşətli qəza nəticəsində ümumilikdə 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb. İqbal Ziya
Mənbə oxu.az

Oxşar Xəbərlər