Cəmiyyət
Sürücülərə xəbərdarlıq: Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanın bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 16-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək azalacağı gözlənilir.
Mənbə
oxu.az