Cəmiyyət

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi

15 Nov 2026, 16:52 5 baxış
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. Oxu.Az Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki, bir müddət əvvəl Ehtiram Əliyevin səhhətində ciddi problemlər yaranıb. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilib. Vəziyyəti ağırlaşdıqdan sonra Milli Onkologiya Mərkəzinə köçürülüb. Son günlər süni tənəffüs aparatına qoşulmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər