Cəmiyyət
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. Oxu.Az xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci il təvəllüdlü Sura Möhsünlü, 1967-ci il təvəllüdlü Sara Məmmədova, 1979-cu il təvəllüdlü Raidə Əliyeva, 1992-ci il təvəllüdlü Gülşad Tağıyeva, 1966-cı il təvəllüdlü Cəmilə Tağıyeva, 1955-ci il təvəllüdlü Validə Həsənova və 1977-ci il təvəllüdlü Güllər Hacıyeva xəsarət alıblar. Hazırda yaralıların tibbi müayinəsi davam etdirilir. Anar Tağıyev Ordubad rayonunun Dırnıs kəndində baş verən yol-nəqliyyat hadisəsində 11 nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Ordubad rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, mikroavtobusda olan şəxslər qəbir ziyarətinə gedirmişlər. Yaralıların əksəriyyətinin qadın olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza rayonun Dırnıs kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı mikroavtobus aşıb. Qəza nəticəsində 10-dan çox şəxsin xəsarət aldığı bildirilir. Hadisənin təfərrüatı dəqiqləşdirilir. İqbal Ziya
Hadisə zamanı mikroavtobus aşıb. Qəza nəticəsində 10-dan çox şəxsin xəsarət aldığı bildirilir. Hadisənin təfərrüatı dəqiqləşdirilir. İqbal Ziya
Mənbə
oxu.az