Cəmiyyət
Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü
Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Ceyrançöl adlanan ərazidə baş verib. Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir. Yusuf Məmmədli
Mənbə
oxu.az