Cəmiyyət

Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video

15 Nov 2026, 14:36 5 baxış
Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın olub. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in "112" qaynar telefon xəttinə Qazax rayonunun Aslanbəyli kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində ot bağlamalarının yığıldığı sahədə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 13 ton ot bağlamasının üç tonu yanıb. Ot bağlamalarının böyük hissəsi yanğından mühafizə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər