Cəmiyyət
Biləcəri yolunda zəncirvari qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - Video
Biləcəri yolunda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə yolun Şamlıq adlanan ərazisində qeydə alınıb. "Mercedes", "Opel" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı ağaclara çırpılıb.
Qəza nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
Qəza nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
Mənbə
oxu.az