Dünya

İran ABŞ-yə məxsus daha bir hərbi PUA-nı vurdu

14 Nov 2026, 19:06 7 baxış
İran ABŞ-yə məxsus daha bir hərbi PUA-nı vurdu
İranın cənubunda yerləşən Keşm adası üzərində ABŞ Silahlı Qüvvələrinə məxsus "MQ-1" tipli pilotsuz uçuş aparatı (PUA) vurulub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. Bildirilib ki, PUA SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən izlənilərək zərərsizləşdirilib. Qeyd edək ki, İran tərəfinin məlumatına görə, bu, ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan 17-ci "MQ-1" tipli PUA-dır.
Mənbə oxu.az

Oxşar Xəbərlər