Siyasət

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

14 Nov 2026, 17:12 9 baxış
Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Türkiyə artıq İsrail üçün strateji rəqibdir: NATO üzvlüyünə, Qərb texnologiyalarına və Avropa kapitalına çıxışı olan yeni bir İran.


Axar.az xəbər verir ki, bunu İsrail Aerokosmik Sənayesi şirkətinin xarici əlaqələr üzrə keçmiş vitse-prezidenti Şay Qal Yunanıstan mediasına açıqlamasında deyib.


“İran diqqəti öz üzərinə çəkdiyi bir vaxtda Ankara öz təsir dairəsini genişləndirir. HƏMAS-a sığınacaq verilməsi, Suriyada, Şimali Kiprdə, Liviyada və Somalidə ballistik raket və hərbi bazaların qurulması – bunların hamısı onun regional hökmranlıq strategiyasına xidmət edir. İran təhlükəsi aradan qaldırılmadan əvvəl İsrail Türkiyə təhdidi ilə üzləşməli olacaq”, - Qal bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər