Dünya
Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskinin öz "X" hesabında paylaşdığı siyasətçilərin salamlama videogörüntüsünə diqqət çəkib. "Nə qədər vaxtdır biz görüşmürük?" - deyə Meloni Zelenskini salamlayıb. "Axı sən bunu istəmirdin", - deyə Zelenski ona ingilis dilində cavab verib. Nəşrin müəllifi həmçinin vurğulayıb ki, Zelenski Avropa paytaxtlarına müntəzəm səfərləri zamanı qəsdən Romanı ziyarət etməyib.
Mənbə
oxu.az