Dünya

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

14 Nov 2026, 14:56 10 baxış
"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqlarına əsaslanır. "Biz xalqımızın taleyini dəyişdirməliyik. Bunun üçün qəzəbi, düşmənliyi, ümidsizliyi və məyusluğu dəf etməli, başqalarına arxalanmağı dayandırmalı və özümüzə güvənməyə başlamalıyıq", - deyə Paşinyan qeyd edib. O əlavə edib ki, məhz Ermənistan Respublikası öz vətəndaşlarının milli maraqlarını qorumağa tam sadiq olan subyektdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər