Cəmiyyət

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

14 Nov 2026, 12:07 6 baxış
Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

Ermənistan və Türkiyə diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması istiqamətində son mərhələyə yaxındır.


Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.


“Son görüşümüzdən sonra biz son addıma - diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına çox yaxınıq”, - Paşinyan vurğulayıb.


Qeyd edək ki, Nikol Paşinyan Antalyada keçirilən COP31 Sammiti çərçivəsində 11 noyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü.

Mənbə axar.az

Oxşar Xəbərlər