Cəmiyyət
Tovuzda qardaşı tərəfindən bıçaqlanan hamilə qadının son vəziyyəti
Tovuzda qardaşı tərəfindən bıçaqlanan qadının son vəziyyəti açıqlanıb. Oxu.Az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qadının əməliyyatı normal keçib, hazırda həkim nəzarətindədir. Xatırladaq ki, dünən 2002-ci il təvəllüdlü Səbinə Rəşad qızı Məmmədli Tovuz rayon Qovlar şəhərində kafe və çay evi kimi fəaliyyət göstərən obyektdə qardaşı tərəfindən bıçaqlanıb. Yusuf Məmmədli
Mənbə
oxu.az