Dünya

COP31 sammitində maraqlı hadisə: Xarici qonaq dekorativ hovuza düşüb - Video

14 Nov 2026, 00:36 9 baxış
COP31 sammitində maraqlı hadisə: Xarici qonaq dekorativ hovuza düşüb - Video
Antalyada keçirilən COP31 İqlim Sammiti zamanı qarşısına baxmadan hərəkət edən xarici iştirakçılardan biri dekorativ hovuza düşüb. Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə sammiti işıqlandıran jurnalist Dilara Çelikin kamerasına düşüb.

Sosial şəbəkələrdə geniş yayılan görüntülərdə hadisənin necə baş verdiyi əks olunub. Belə ki, sammit ərazisindəki piyada yolu ilə hərəkət edən xarici qonaq qarşısındakı dekorativ hovuzu görməyib. O, addımını boşluğa ataraq tarazlığını itirib və suya düşüb. Qısamüddətli çaşqınlıq yaşayan iştirakçı ətrafdakıların köməyi ilə sudan çıxarılıb. Onun xəsarət almadığı və səhhətinin yaxşı olduğu bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər