Dünya

Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - Video

13 Nov 2026, 23:00 10 baxış
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - Video
Rusiyada baş verən yol-nəqliyyat hadisəsində azərbaycanlı həlak olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin yaxınlığındakı magistral yolda qeydə alınıb. Belə ki, Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük avtomobili, "Mercedes" markalı yük avtomobili və "Volkswagen" markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində Vüqar adlı həmyerlimiz aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Daha iki Rusiya vətəndaşı isə xəsarət alıb. Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. İqbal Ziya
Mənbə oxu.az

Oxşar Xəbərlər