Dünya
Sadır Japarov Ukraynadakı səfiri vəzifəsindən azad etdi
Qırğızıstan Prezidenti Sadır Japarov imzaladığı fərmanla ölkənin Ukraynadakı səfiri İdris Kadırkulovu vəzifəsindən azad edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Qırğızıstan liderinin mətbuat xidmətinin "Telegram" kanalında məlumat verib. "İdris Kadırkulov Qırğızıstan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib", - deyə məlumatda bildirilib. İdris Kadırkulov 2022-ci ilin yanvarından bu vəzifəni tuturdu.
Mənbə
oxu.az