Dünya
Şimali Kiprdə gəmi qəzasına görə tutulan azərbaycanlılarla bağlı növbəti qərar
Şimali Kiprin Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində 9 şübhəli şəxsin həbs müddəti daha bir həftə artırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Şimali Kipr mətbuatında məlumat verilib. İş üzrə növbəti məhkəmə prosesi noyabrın 20-də baş tutacaq. Qeyd edək ki, Girnə və Türkiyənin Mersin vilayətinin Tasucu limanı arasında hərəkət edən "Filo Jet" adlı sürətli sərnişin gəmisi avqustun 30-da yola düşdükdən qısa müddət sonra batıb. Batan bərədə Azərbaycan vətəndaşları da olublar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib.
Mənbə
oxu.az