Siyasət

Prezident İlham Əliyev Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb

13 Nov 2026, 00:33 13 baxış
Prezident İlham Əliyev Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın mövcudluğu qeyd edildi. Azərbaycanın və Litvanın dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi apardılar.
Mənbə oxu.az

Oxşar Xəbərlər