Digər

Moskvadan Dublinə uçdular: Zelenski məlumatlandırılacaq

12 Nov 2026, 23:56 2 baxış
Moskvadan Dublinə uçdular: Zelenski məlumatlandırılacaq

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Dublinə yola düşüblər.


Axar.az xəbər verir ki, onların burada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılıb. Kremldə keçirilən görüş zamanı Uitkoff Rusiya lideri ilə apardığı danışıqlar barədə Zelenskini məlumatlandıracağını bildirib.


Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Amerika nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə görüş keçirib. Görüş Kremldə baş tutub və Ukrayna münaqişəsinin həllinə həsr olunub. Görüş iki saatdan çox davam edib.

Mənbə axar.az

Oxşar Xəbərlər