Cəmiyyət

Qubada 2 qardaş qəzaya düşdü, biri öldü

11 Nov 2026, 10:20 1 baxış
Qubada 2 qardaş qəzaya düşdü, biri öldü

Qubada ölümlə nəticələnən qəzanın təfərrüatı məlum olub.


Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Quba-Tüləkəran avtomobil yolunun Gültəpə kəndi ərazisinin keçən hissəsində qeydə alınıb.


Məlumata görə, VAZ-21214 (Niva) markalı avtomobilin sürücüsü 31 yaşlı Nurəli Vidadi oğlu Əlirzayev idarəetməni itirərək yol kənarında olan ağaca dəyib.


Nəticədə sərnişin, 23 yaşlı Fəqan Habil oğlu Ədilov xəstəxanaya aparılarkən yolda ölüb. Sürücü və mərhumun qardaşı, 21 yaşlı Nuray Ədilov isə xəsarət alıblar.


Faktla bağlı cinayət işi başlanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər