Digər

Putinin strateji məqsədi var: 2029-cu ildə… - Pistorius

10 Nov 2026, 22:02 4 baxış
Putinin strateji məqsədi var: 2029-cu ildə… - Pistorius

Putinin strateji məqsədi 2029-cu ildə NATO-ya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamaq deyil, əksinə, ABŞ-ı Avropadan çıxarmaq, həmçinin NATO və AB-nin birliyini sarsıtmaqdır.


Axar.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.


Onun sözlərinə görə, bununla belə, Putin NATO-nun necə reaksiya verəcəyini və kollektiv müdafiə mexanizmlərini həqiqətən işə salıb-salmayacağını yoxlamaq üçün Baltikyanı ölkələrə hücuma keçə bilər:


“NATO-nun 2029-cu ilə qədər nəzərdə tutulan, daha sonra isə 2035-ci ilə qədər davam edən hazırlıq planı mövcuddur. Lakin müharibə daha tez başlayarsa, alyansın buna qarşı durmaq üçün vasitələri var. Rusiya hazırda külli miqdarda silah istehsal edir; bunun yalnız 30–40 faizi cəbhəyə göndərilir, qalan hissəsi isə anbarlara yığılır. Niyyət aydındır".

Mənbə axar.az

Oxşar Xəbərlər