Digər

Terrorçuların öldürdüyü şəxslərin cəsədləri tapıldı

10 Nov 2026, 22:22 5 baxış
Terrorçuların öldürdüyü şəxslərin cəsədləri tapıldı

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Mambasa bölgəsindəki kəndlərdə Müttəfiq Demokratik Qüvvələr (ADF) üsyançı qrupunun yaraqlıları tərəfindən öldürülən 40-dan çox mülki şəxsin cəsədi aşkar edilib.


Axar.az xəbər verir ki, bu barədə “Actualit” məlumat yayıb.


Cəsədlər Maduanaze, Bukoka, Mabeko, Mabuho və Kvanza kəndləri yaxınlığında basdırılmış vəziyyətdə tapılıb. Qurbanların qohumları və xilasedicilər yaraqlıların davamlı hücumları səbəbindən bu ərazilərə daxil ola bilmirlər.


Mambasa vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri KDR-in silahlı qüvvələrini və təhlükəsizlik xidmətlərini mülki şəxsləri qorumaq üçün təcili tədbirlər görməyə çağırırlar.

Mənbə axar.az

Oxşar Xəbərlər