Digər

BƏƏ sahillərində gəmiyə zərbə endirildi

10 Nov 2026, 22:52 7 baxış
BƏƏ sahillərində gəmiyə zərbə endirildi

BƏƏ-nin ərazi sularında “ADNOC Logistics & Services” şirkətinə məxsus gəmi baş verən hücum nəticəsində zədələnib.


Axar.az xəbər verir ki, bu barədə sözügedən şirkətin açıqlamasında deyilir.


"ADNOC Logistics & Services" gəmilərindən birinin 10 noyabrda Fars körfəzindəki BƏƏ ərazi sularında baş verən hücum nəticəsində zədələndiyini təsdiqləyir”, - deyə bildirilib.


Müvafiq orqanlar hadisənin araşdırılması üzərində işləyir.


Qeyd edək ki, “ADNOC Logistics & Services” enerji sektoru üçün dəniz logistikası üzrə ixtisaslaşmış Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) bir bölməsidir.

Mənbə axar.az

Oxşar Xəbərlər