Digər

Polşada Rusiyaya casusluq edən iki ukraynalı saxlanldı

10 Nov 2026, 20:24 3 baxış
Polşada Rusiyaya casusluq edən iki ukraynalı saxlanldı

Polşada Rusiya xüsusi xidmət orqanlarının xeyrinə casusluq və təxribat fəaliyyətləri ilə məşğul olmaq şübhəsi ilə iki Ukrayna vətəndaşı saxlanılıb.


Axar.az xəbər verir ki, bu barədə Polşanın xüsusi xidmət orqanları üzrə nazir-koordinatoru Tomaş Semonyak məlumat yayıb.


Onun sözlərinə görə, həbslər Mazoviya voyevodalığında həyata keçirilib. Saxlanılan şəxslərin 24 və 25 yaşları var.


Bildirilib ki, onlar Polşadakı kritik infrastruktur və hərbi obyektləri müəyyən edərək fotoşəkillərini çəkiblər. Casusluq və təxribatla yanaşı, onlar həmçinin nəqliyyat vasitələrini yandırmaqda şübhəli bilinirlər.


Şübhəlilər barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

Mənbə axar.az

Oxşar Xəbərlər