Digər
İrana qarşı təzyiqlərimiz artacaq - Rubio
İrana qarşı mövcud vəziyyət dəyişməz qalmayacaq və iqtisadi təzyiqlər daha da artacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.
Rubionun sözlərinə görə, sanksiyaların təsiri zaman keçdikcə daha da ağırlaşacaq.
O, qeyd edib ki, İranın dənizdə satış üçün az miqdarda neft ehtiyatı qalıb və bu ehtiyatlar tükəndikdən sonra ölkənin neft gəlirlərinin demək olar ki, hamısı kəsiləcək.
Mənbə
axar.az