Cəmiyyət
Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti aşkarlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində baş verib. Araşdırma zamanı cansız bədənin 1986-cı il təvəllüdlü İlqar Muradova məxsus olduğu bilinib. Kişinin nəşi evində tapılıb. Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
Mənbə
oxu.az