Digər

Paşinyan İstanbula onu göndərdi - Foto

10 Nov 2026, 16:04 5 baxış
Paşinyan İstanbula onu göndərdi - Foto

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Diaspora İşləri üzrə baş komissar Zare Sinanyan İstanbula üçgünlük səfərə gedib.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, Türkiyədə Sinanyan erməni icmalarının, təhsil və mədəniyyət mərkəzlərinin, erməni təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən erməniəsilli şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə mövcud əlaqələrin möhkəmləndirilməsi və gələcək əməkdaşlığın mümkün istiqamətləri müzakirə olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər