Digər
SEPAH-ın yeni raket şəhəri - Foto
SEPAH-ın yeni raket şəhəri təqdim olunub.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yeni raket şəhəri Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Əli Abdullahinin və SEPAH Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvinin iştirakı ilə təqdim olunub.
Təqdimat zamanı müxtəlif növ ballistik və qanadlı raketlər, eləcə də onların buraxılış qurğuları nümayiş etdirilib.
Qeyd edək ki, daha əvvəl SEPAH) sözçüsü Hüseyn Mohebi İranın raket istehsalı üçün “yeraltı şəhər” yaratdığını açıqlamışdı
Mənbə
axar.az