Digər

Vaşinqtondan sülh təklifi: Sərhədlər dəyişdirilə bilər - KİV

10 Nov 2026, 14:45 5 baxış
Vaşinqtondan sülh təklifi: Sərhədlər dəyişdirilə bilər - KİV

ABŞ Rusiya ilə mümkün sülh razılaşmasının bir hissəsi kimi Ukraynanın inzibati sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini nəzərdən keçirir.


Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” məlumat yayıb.


Məlumata görə, “kartoqrafik saxtakarlıq” kimi xarakterizə edilən təklif Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinin dəyişdirilməsini nəzərdə tutur.


Bu, Ukraynanın nəzarətində saxladığı qalan şəhərləri təhvil vermədən Rusiyaya hər iki region üzərində tam nəzarət iddiası irəli sürmək imkanı verə bilər.


Bununla belə, ərazilərə nəzarət, təhlükəsizlik təminatları və mümkün razılaşmanın digər şərtləri ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.

Mənbə axar.az

Oxşar Xəbərlər