Məşhur milyarder yoldaşına Çin casusu ilə xəyanət edib
“Nvidia” şirkətinin baş icraçı direktoru, milyarder Censen Huanq evlilikdən kənar münasibətini etiraf edib.
Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, dünyanın ən varlı insanlarından biri olan rəhbər şəxs özü ilə eyni soyadı daşıyan Alisa Huanq adlı qadınla münasibətdə olub. Alisa Huanq “Nvidia”nın Cənub-Şərqi Asiyadakı ən böyük müştərilərindən biri olan, Sinqapurda yerləşən "Megaspeed" şirkətinə rəhbərlik edir.
Həmin qadının Çin kəşfiyyatı üçün işlədiyi iddia olunur. Çin Xarici İşlər Nazirliyi isə bu iddiaları təkzib edir.
Bu hadisədən sonra “Nvidia”nın səhmləri kəskin ucuzlaşıb. Əvvəlki ticarət sessiyasında 2,78% artım nümayiş etdirən səhmlər, bazarın açılışından əvvəlki ticarətdə təxminən 5,6% ucuzlaşıb və səhmin qiyməti 176,18 dollara düşüb.