Digər
ABŞ Britaniyadakı aviabazadan təyyarələrini çıxardı
ABŞ ordusu İrandan gəldiyi bildirilən təhdiddən sonra Böyük Britaniyadakı ikinci hərbi hava bazasından da təyyarələri təxliyə edib.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“Bazar ertəsi ABŞ-a məxsus iki yanacaqdoldurma təyyarəsi "RAF Mildenhall" aviabazasından Almaniyaya yönləndirilib, daha sonra isə bir neçə digər təyyarə də başqa yerə köçürülüb.
Bu addım İranla əlaqəli olduğu ehtimal edilən təhlükəsizlik insidenti ilə bağlı yeddi nəfərin saxlanılmasından sonra ABŞ-ın B-1 bombardmançı təyyarələrinin RAF Fairford aviabazasından çıxarılmasından sonra atılıb”, - məlumatda bildirilib.
Mənbə
axar.az