Digər

Trampın Ukrayna ilə bağlı niyyəti budur - Kuşner

10 Nov 2026, 09:00 5 baxış
Trampın Ukrayna ilə bağlı niyyəti budur - Kuşner

Donald Tramp Ukraynada müharibəyə son qoymaq, həmçinin suveren, təhlükəsiz və çiçəklənən dövlətin formalaşması üçün şərait yaratmaq niyyətindədir.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner bildirib.


“Biz münaqişənin danışıqlar yolu ilə həlli üçün bütün səylərimizi göstəririk. Məqsədimiz davamlı sülhə nail olmaq, daha sabit Avropa təhlükəsizlik mühiti çərçivəsində suveren, təhlükəsiz və çiçəklənən Ukraynanın formalaşması üçün şərait yaratmaqdır”, – deyə o yazıb.


Xüsusi nümayəndənin sözlərinə görə, o, Avropa təhlükəsizliyi və müharibədən sonrakı Ukraynanın gələcəyi ilə bağlı məsləhətləşmələri və koordinasiyanı davam etdirmək məqsədilə Ukrayna, Avropa Birliyi və NATO-dan olan ABŞ tərəfdaşları ilə görüşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər