Siyasət

Asif Əli Zərdari İlham Əliyevi təbrik etdi

04 Nov 2026, 16:11 2 baxış
Asif Əli Zərdari İlham Əliyevi təbrik etdi
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Oxu.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir: "Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu tarixi hadisə Azərbaycan xalqının öz Vətəninin suverenliyini və ərazi bütövlüyünü bərpa etmək uğrunda göstərdiyi fədakarlığı, əzmkarlığı və birliyi təcəssüm etdirir. Azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı istiqamətində qazanılan mühüm nailiyyətlər Azərbaycanın öz xalqı üçün sülh və rifah dolu gələcəyin təmin edilməsinə qətiyyətlə sadiq olduğunu nümayiş etdirir. Pakistan Azərbaycanla qarşılıqlı etimada, ortaq dəyərlərə və bir-birinə davamlı dəstəyə əsaslanan uzunmüddətli qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Əminəm ki, müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirdikcə, habelə regional sülh, sabitlik və rifah kimi ortaq məqsədlərimizə doğru birgə çalışdıqca ölkələrimiz arasında dostluq və qardaşlıq bağları daha da möhkəmlənməkdə davam edəcəkdir. Bu əlamətdar gün münasibətilə Pakistanın Azərbaycanla sıx dostluq və həmrəyliyini bir daha təsdiq edir, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, qardaş Azərbaycan xalqının davamlı tərəqqisi və firavanlığı ilə bağlı ən səmimi diləklərimi çatdırıram. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər