Digər

Koalisiya husilərin obyektlərinə zərbələr endirdi

02 Nov 2026, 00:53 3 baxış
Koalisiya husilərin obyektlərinə zərbələr endirdi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndəki üsyançı husilərin ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) potensialını artırmaq üçün istifadə etdiyi obyektlərə qarşı əməliyyatlar keçirib.


Axar.az xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi, general Turki əl-Maliki deyib.


Onun sözlərinə görə, zərbələr husilərin Yəmən və Səudiyyə Ərəbistanının mülki əhalisinə qarşı hücumlarına cavab olaraq, həmçinin iki ölkənin təhlükəsizliyinə və Qırmızı dənizdə gəmiçiliyə yönələn təhdidlərin zərərsizləşdirilməsi məqsədilə endirilib.


Əməliyyatın keçirildiyi ərazilər, hədəf alınan obyektlərin xarakteri və digər təfərrüatlar açıqlanmayıb.


Daha sonra əl-Maliki koalisiya qüvvələrinin husilər tərəfindən buraxılmış bir PUA-nı və bir ballistik raketi vuraraq zərərsizləşdirdiyini bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər