Cəmiyyət

Bakıda ət kombinatında güclü yanğın - Anbaan görüntülər

01 Nov 2026, 10:28 3 baxış
Bakıda ət kombinatında güclü yanğın - Anbaan görüntülər
Paytaxtın Nizami rayonunda hazırda fəaliyyət göstərməyən ət kombinatında güclü yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 1 800 kv.m sahəyə yığılmış plastik və taxta materiallar 500 kv.m. sahədə yanıb. Materialların qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər