ANKA bu türk ölkəsində də istehsal olunacaq – İlk dəfə
Hərbi Hava Qüvvələrini Türkiyənin ANKA pilotsuz uçuş aparatları ilə gücləndirən Qazaxıstan indi də sözügedən PUA-ların xaricdəki istehsal mərkəzinə çevrilməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) ilə "Kazakhstan Engineering" arasında ANKA PUA-larının Qazaxıstanda istehsalı, texniki xidməti və təmiri ilə bağlı memorandum imzalanıb.
Yerli istehsal məqsədini dəstəkləmək üçün 406 saylı Mülki Təyyarə Təmir Fabriki ilə TUSAŞ birləşərək TA-406 adlı ortaq bir qurum yaradıblar.
Tərəflər birgə istehsal çərçivəsində səylərini davam etdirirlər. Qarşılıqlı səfərlər həyata keçirilib və layihənin reallaşdırılması imkanları ilə bağlı müzakirələr davam edir.
Bu proses başa çatdıqdan sonra Qazaxıstan Türkiyədən kənarda ANKA PUA-larının istehsal olunacağı ilk ölkəyə çevriləcək.