Dünya

Ermənistandan Gürcüstana keçmək istəyən əcnəbinin corab və ayaqqabısından qızıl tapıldı - Video

30 Oct 2026, 04:28 3 baxış
Ermənistandan Gürcüstana keçmək istəyən əcnəbinin corab və ayaqqabısından qızıl tapıldı - Video
Gürcüstanın "Sadaxlo" gömrük-keçid məntəqəsində Ermənistandan Gürcüstana gələn əcnəbinin üzərindən bəyan edilməmiş 1.7 kiloqram qızıl götürülüb. Oxu.Az Gürcüstan mediasına istinadən xəbər verir ki, gömrük əməkdaşları qızıl külçələrini şəxsi əşyalarında gizlədərək sərhəddən keçirməyə çalışan şəxsi saxlayıblar.

Məlumata görə, götürülən qızılın ümumi çəkisi 1.7 kiloqram, təxmini dəyəri isə 220 min ABŞ dollarından çoxdur. Həmin şəxs qızıl külçələrini corablarında və ayaqqabısında gizlədərək onları qanunsuz şəkildə Gürcüstana keçirməyə çalışıb. Hadisə ilə bağlı bütün materiallar aidiyyəti qurumlara göndərilib. Araşdırmanın nəticələrinə əsasən, müvafiq hüquqi qərar qəbul ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər