Dünya
Paşinyan: "Ermənistanın Müstəqillik Bəyannaməsi dövlətçilik əleyhinədir"
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin mətninin dövlətçilik əleyhinə olduğunu bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Armenpress" nəşri yazıb. "Bu mətnlə müstəqil dövlətin mövcus olması mümkün deyil, bu mətn dövlətin mövcudluğunun mümkünsüzlüyündən bəhs edir", - deyə N.Paşinyan qeyd edib. Baş nazir qeyd edib ki, yeni konstitusiyanın qəbulu "Vətəndaş sazişi" Partiyasının seçkiqabağı proqramında olub və seçkidə mütləq çoxluq əldə etdikdən sonra onlar bu proqramı reallaşdırmalıdırlar: "Müxalifət konstitusiya prosesini beynəlxalq və regional gündəmlə əlaqələndirdi. Düşünürəm ki, müxalifətin rədd edə bilməyəcəyi bir təklif verə bilərəm. Erkən seçkinin təyin olunmaması ehtimalı çox yüksəkdir, əvəzində müxalifətin rədd edə bilməyəcəyi bir təklif hazırlanacaq".
Mənbə
oxu.az